• Bakı 24° C

    13.15 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Bakı Teleqüllə Kompleksində təmir işləri GÖRÜLƏCƏK

GÜNDƏM

05 Noyabr 2025 | 15:21

Bakı Teleqüllə Kompleksində təmir işləri GÖRÜLƏCƏK

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (RTVYK MMC) Bakı Teleqüllə Kompleksində mühəndis-kommunikasiya sistemlərinin, o cümlədən yanğın təhlükəsizliyi infrastrukturunun müayinəsi, texniki şərtlərin hazırlanması və layihələndirilməsi ilə bağlı tender elan edib.

Bakıvaxtı.az baku.ws-ə istinadla bildirir ki, layihənin ehtimal olunan dəyəri 749.300 manat təşkil edir.

Layihə zamanı Kompleksin mövcud mühəndis-kommunikasiya sistemlərinin, enerji təminatı, ventilyasiya, istilik və yanğın təhlükəsizliyi avadanlıqlarının vəziyyəti təhlil ediləcək. Müayinə nəticələrinə əsasən yeni sistemlərin layihəsi hazırlanacaq və texniki tələblərə uyğun həllər müəyyən olunacaq.

Bu layihə Bakı Teleqüllə Kompleksinin texniki təhlükəsizliyinin və dayanıqlığının artırılması, eləcə də radio-televiziya yayım infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.

Görüləcək işlər həm televiziya və radio yayımının təhlükəsizliyinin artırılmasına, həm də strateji əhəmiyyətli obyektlərin texniki baxımdan təkmilləşdirilməsinə yönəlmiş mühüm təşəbbüs kimi qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026