• Bakı 24° C

    17.01 m/s

Qriqoryan və Şoyqu telefon danışığı aparıblar

DÜNYA

21 Avqust 2025 | 16:50

Qriqoryan və Şoyqu telefon danışığı aparıblar

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefon danışığı aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan tərəfdən Qriqoryan Şoyquya bölgədə bütün ölkələrin maraqlarına cavab verən sülhün bərqərar olduğunu bildirib, kommunikasiya xətlərinin açılmasının və yeni iqtisadi imkanların reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Rusiya tərəfdən isə Şoyqu ABŞ və Rusiya prezidentlərinin Alyaskada keçirilmiş görüşünün nəticələri barədə məlumat verib.


SON XƏBƏRLƏR