• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bağlanıb - FOTO

HADİSƏ

12 Aprel 2025 | 11:50

Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bağlanıb - FOTO

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.

    Qeyd edək ki, uzun illərdir, Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.


    SON XƏBƏRLƏR

    12 Aprel 2025