"Bir heyvan tərəfindən törədilən və zədə nəticəsində infeksiya yaranan hallar çox təhlükəlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həm vəhşi, həm də ev heyvanının dişləməsi zamanı quduzluq yarana bilər.
A.Qurbanova qeyd edib ki, quduzluq daha çox canavar, çaqqal, tülkü, it, kimi heyvanlardan yoluxur.
"Canavar və tülkünün dişləməsi, cırmaqlaması daha təhlükəlidir".
A.Qurbanova əlavə edib ki, yuxarı ətraflarda heyvan dişləməsi daha təhlükəlidir.
Dediyinə görə, yuxarı ətrafların dişlənməsi cırmaqlanması nəticəsində 90%, aşağı ətraflarda olan dişləmə zamanı isə 25% quduzluğa yoluxma halı baş verir.
Mina Mikayılova