• Bakı 14° C

    1.72 m/s

Raulun qardaşı danışdı: Qatili bağışlamaq...

HADİSƏ

24 Yanvar 2024 | 19:59 | Müəllif: Subhan Mahmudov

Raulun qardaşı danışdı: Qatili bağışlamaq...

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, Raulun qardaşı hadisə barədə baku.tv-yə danışıb. O qatili bağışlamayacaqlarını ifadə edib.

"Kamera görüntülərinə baxdım. Pilləkənləri qalxanda Fərid qardaşım Raula çiyni ilə vurur. Raul çevrilib ona baxır, o, da qardaşıma. Daha sonra ətraflarına çoxlu adam yığılır. Biri qardaşımı tutur, o da bıçaqla vurur.  Öz ailəm adından danışıram ki, ömür boyu şikayətimizi geri çəkmərik. Özümüzə ancaq onun cəza çəkməsi ilə təsəlli tapa bilərik" deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026