• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Çində ağır qəza: 100-dən çox maşın toqquşdu

HADİSƏ

23 Fevral 2024 | 15:15

Çində ağır qəza: 100-dən çox maşın toqquşdu

Çinin Suçjou şəhərində magistral avtomobil yolunda baş vermiş zəncirvarı qəzada 100-dən çox avtomobil toqquşub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

    Məlumata görə, qəza nəticəsində yaralanmış üç nəfər xəstəxanaya yerləşdirilib, daha 6 nəfər isə yüngül xəsarət alıb.

    Sosial şəbəkələrdə paylaşılan videolarda çox sayda avtomobilin magistral yolda qalaqlandığı, şüşə qırıntıları və avtomobil hissələrinin ətrafa səpələndiyi görünür.

    Polis yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunduğunu, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

    Qeyd edək ki, son günlərdə Çinin böyük hissəsində havaların kəskin soyuması çovğun və doluya səbəb olub, nəticədə milyonlarla insanın nəqliyyat vasitəsindən istifadəsi çətinləşib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024