“MEDİA və dövlət qurumlarının təşkilatçılığı ilə media nümayəndələri üçün təlimlər davam etdiriləcək. Təlimlər region jurnalistlərini də əhatə edəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edən TƏBİB pandemiya vaxtı jurnalistlərin peşə fəaliyyətinə dəstək verib: “Məncə, TƏBİB-lə media nümayəndələrinin əməkdaşlığı bundan sonra da davam edəcək, tədbirlər təşkil edəcək”.
Ramid İbrahimov
















