• Bakı 16° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Azərbaycanda bəzi saytlara hücumlar olub

MEDİA

05 Avqust 2022 | 19:17

Azərbaycanda bəzi saytlara hücumlar olub

'Çox ciddi hücumla qarşı-qarşıyayıq. Şəxsən mənə aid serverdə yerləşən və nəzarəti əlimdə olan 11 vebsayt sinxron şəkildə hücuma məruz qalıb”.

Bunu Bakıvaxtı.az-a Bayraqdar.info saytının baş redaktoru Azər Həsrət deyib.

Onun sözlərinə görə, rəhbəri olduğu sayt iki gündür yenilənmir. Hətta avqustun 3-nə aid yazı və xəbərlər də bazadan silinib.

Azər Həsrət ABŞ-dakı servislə iki gündür danışıqlar apardıqlarını da bildirib: “Dünən axşam mənə zəng etdilər və dedilər ki, biz sizin bütün saytlarınızı tam bərpa edə bilərik. Hər sayt üçün cəmi 300 dollar istədilər. Yəni Azərbaycan manatı ilə desək, ümumilikdə 11 sayt üçün 5 min 600 manat. Bu pulu versəm, bir neçə günə saytlarımızı hər cür müdaxilədən təmizləyərək hücumdan öncəki vəziyyətdə bizə təhvil verə bilərlər”.

Amma o,  ABŞ-dan gələn təkliflə razılaşmayıb: “Əlbəttə, razılaşa bilməzdim. Çünki məndə bir həftə ərzində bu qədər pul xərcləyəcək imkan yoxdur. Zəhmət çəkib saytları özüm bir-bir bərpa edirəm! Deyirəm, yaxşı ki, illər öncə, uzaq 1999-cu ildə Kanadada oxuyarkən bu sahəni də öyrənməyə başlamışam. Sonrakı illərdə isə bilgilərimi təkmilləşdirib daha da irəli getmişəm və bu gün bu təsərrüfatı idarə edəcək bacarıqlarım var. Olmasaydı, borc-xərc tapıb 5 min 600 manatı ödəməliydim ki, bizim saytları bərpa eləsinlər”.

Azər Həsrət diqqətə çatdırıb ki, bu iş xeyli vaxt aparacaq. Çünki söhbət minlərlə faylın tək-tək nəzərdən keçirilməsindən və bərpasından gedir. Ona görə də bayraqdar.info başda olmaqla, daha bir neçə sayt hələ bir müddət işləməyəcək.

"Əldə etdiyim məlumata görə, saytlara rusların hazırladığı bir tətbiqlə müdaxilə edilib",- deyə Azər Həsrət bildirib.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024