• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Jurnalist Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

MEDİA

05 Avqust 2022 | 21:54

Jurnalist Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

"Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hazırda onun yanındayam.

KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm, onun vəziyyəti tam nəzarətimizdədir" - E.Hidayətoğlu əlavə edib.

***

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o vurğulayıb.


SON XƏBƏRLƏR

24 Aprel 2024