• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Modern.az-ın 13 yaşı tamam oldu

MEDİA

01 Sentyabr 2022 | 09:45 | Müəllif: Subhan Mahmudov

Modern.az-ın 13 yaşı tamam oldu

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 13 ili tamam olur.

Portal 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Portalın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Xəbər agentliyi bir media quruluşu olaraq ötən 13 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Bakıvaxtı.az kollektivi Modern.az-da çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026