• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Beynəlxalq Media Forumunda üçüncü panel keçirilib

MEDİA

22 Iyul 2022 | 17:51

Beynəlxalq Media Forumunda üçüncü panel keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Azərbaycan mətbuatında Şuşa izi" adlı üçüncü panel keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, paneldə Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, həmçinin Şuşanın qələm sahibi və qəzeti ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən üçüncü paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni Musavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və "Azad Şuşa" saytının baş redaktoru, işğaldan əvvəl "Şuşa" qəzetinin baş redaktoru olmuş Kərim Kərimli çıxış ediblər.


SON XƏBƏRLƏR