• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rəisinin düşdüyü helikopter qəzası ilə bağlı cinayət işi açılıb

DÜNYA

11 Iyun 2024 | 12:29

Rəisinin düşdüyü helikopter qəzası ilə bağlı cinayət işi açılıb

İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Əsgər Cəhangir mətbuat konfransında deyib.

“Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı silahlı qüvvələrin məhkəmə təşkilatında cinayət işi açılıb. İş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənilir”, - sözçü qeyd edib.

Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub. Qəzanın səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024