• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sançes: "Ukraynadakı birlik Qəzzaya da göstərilməlidir"

DÜNYA

11 Iyul 2024 | 11:02 | Müəllif: Gülşən Şərif

Sançes: "Ukraynadakı birlik Qəzzaya da göstərilməlidir"

"Beynəlxalq hüququ müdafiə etdiyimiz üçün Ukraynanı dəstəklədiyimizi deyiriksə, Qəzzada da bunu etməliyik".

Bakıvaxtı.az "Euronews"a istinaən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının iclasında çıxış edən İspaniyanın baş naziri Pedro Sançes deyib.

Onun sözlərinə görə, Ukraynada beynəlxalq hüquqa hörmət edilirsə, bu vəziyyət Qəzzada da nümayiş olunmalıdır:

"Bizi Ukraynaya dəstəyimizi zəiflədəcək ikili standartlar tətbiq etməkdə ittiham etmək olmaz. Əksinə, Rusiyanın Ukraynadakı işğalına qarşı Qəzza üçün də eyni birliyi və ardıcıllığı göstərməliyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026