"Türkiyənin 5G-yə keçməsinin vaxtıdır".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu "Vodafone Türkiyə"nin baş icraçı direktoru Engin Aksoy deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma yeni dövrün ən strateji sahəsidir. Bu sahədə mühüm mərhələ 5G-dir:
"Artıq 120 ölkədə 1,7 milyard insan 5G-dən istifadə edir. Türkiyənin 5G-yə keçməsi ölkənin, qurumların və fərdlərin sərmayəsini genişləndirəcək. Türkiyədə belə bir strukturun olması bütün sahələrimiz və vətəndaşlarımız üçün əlverişli olacaq".
Aksoy hesab edir ki, internetin geniş istifadə edildiyi dünyada rəqəmsallaşma təşviq edilməlidir. Bunun üçün iki kritik məsələ lif infrastrukturunun inkişafı və 5G-yə keçid vacibdir.
"Bu gün Türkiyənin 2 milyon km fiberə ehtiyacı var. Qarşıdakı 5 ildə fiber şəbəkəmizi hər il üzrə 20% genişləndirməliyik. Əgər Türkiyə bu gün 2 milyon km fiberə çatsa, bunun 19 milyard dollar töhfə verəcəyini düşünürük", - deyə baş icraçı direktor vurğulayıb.
Gülşən Şərif













