Hindistanda leysan yağışları 22 nəfərin ölümünə səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimalında baş verən leysan yağışları nəticəsində 22 nəfər həyatını itirib.
Bildirilib ki, hadisə nəticəsində zərərçəkmişlərin sayı 800 minə çatır.
Hadisə yerinə cəlb edilmiş xilasetmə qrupları 10 minə yaxın insanı ərazidən təxliyə edib. Hazırda təxliyə prosesi davam edir.
Əli Hüseynov














