• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Rektor: Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilər

CƏMİYYƏT

18 Mart 2025 | 14:12

Rektor: Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta təşkil olunan mediatur zamanı institutun rektoru polkovnik Ümidvar Quliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda təhsil müəssisəsində üç ölkədən xarici kursant təhsil alır:

"Burada Qırğızıstan, Tacikistan və Türkiyədən olan xarici kursantlar da təhsil alır. Həmçinin yaxın müddətdə İtaliyadan olan nümayəndələrin instituta gələcəyi gözlənilir. Gələcəkdə bu ölkənin vətəndaşları da bizim institutda təhsil ala bilərlər".


SON XƏBƏRLƏR

08 May 2025