• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

10 gündə 300 min manat... - Dələduzlar bank kartlarına qənim kəsiliblər

CƏMİYYƏT

17 Aprel 2025 | 13:02

10 gündə 300 min manat... - Dələduzlar bank kartlarına qənim kəsiliblər

Dələduzlar müxtəlif üsullarından istifadə edərək vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirir, nəticədə isə kart hesablarından böyük məbləğdə vəsait oğurlanır.

Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi bununla bağlı mütəmadi olaraq xəbərdarlıq etsə də, baş verən hallar göstərir ki, bir çox insanlar hələ də bu üsullara qarşı yetərincə diqqətli deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Bakıvaxtı.az-a bildirilib son 10 gün ərzində vətəndaşların kartından 300 min manatdan artıq vəsait dələduzlar tərəfindən ələ keçirilib.

Qurum rəsmisi qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün vətəndaşlar heç bir halda şəxsi və bank məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamalıdırlar:

“Vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik",- deyə Nurlan Əliyev əlavə edib.

Mina Mikayılova

 

 


SON XƏBƏRLƏR

18 Aprel 2025