• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sumqayıtın bəzi ərazilərində su kəsildi

CƏMİYYƏT

17 Aprel 2025 | 14:10

Sumqayıtın bəzi ərazilərində su kəsildi

Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərini içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib.

Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarına qədər Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

İşlər yekunlaşandan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025