"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim futbolçusu Markus Reşfordu İngiltərə Premyer Liqasının 17-ci turunda keçirilən "Bornmut"la matçın (0:3) oyunçular siyahısına əlavə etməyib.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
"Bu, mənim qərarımdır və həmişə belə olacaq. Mən heyəti seçməliyəm və öz futbolçularımdan ən yaxşı oyunlarını görməliyəm. Fərqli oyunçularla fərqli şeyləri yoxlayıram. Məqsədim budur".
Qeyd edək ki, daha öncə Markus Reşfordun adı "Mançester Siti" (2:1) və "Tottenhem"ə qarşı (3:4) matçlar üçün oyunçular siyahısında yox idi./qol.az