Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunlarda “Murov Az Terminal”, "Azərreyl"i 3:2, “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:0 hesablı məğlub edib.
UNEC Voleybol Klubunun idman zalında keçirilən UNEC və “Abşeron” matçında isə birincilər 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, növbəti turun oyunları yanvarın 28-də keçiriləcək.