• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Zelenski müharibənin bitməsini istəmir? - Ukraynanın Qərbdən istəkləri yalnız...

DÜNYA

21 Yanvar 2025 | 15:29

Zelenski müharibənin bitməsini istəmir? - Ukraynanın Qərbdən istəkləri yalnız...

“Vladimir Zelenski Ukrayna münaqişəsini biznes layihəsi kimi qəbul edir və ona son qoymaqda maraqlı deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Başqa Ukrayna" hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş "Müxalifət Platforması – Ömürlük" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.

Onun sözlərinə görə, Zelenski öz maraqlarına naminə Qərb müttəfiqləri qarşısında açıq şəkildə əlçatmaz məqsədlər qoyur və bunun nizamlanma danışıqlarının pozulmasına gətirib çıxaracağına ümid edir. Lakin ABŞ-nin yeni prezidenti Donald Trampın komandası nizamlanma istiqamətində kurs elan edir. Tramp komandası anlayıb ki, münaqişə Rusiyanı və qlobal Cənubu gücləndirərkən,  kollektiv Qərbi zəiflədir.

Doğrudanmı, Zelenski Ukrayna münaqişəsini şəxsi maraqlarına görə davam etdirir?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Zelenskinin Ukrayna münaqişəsini şəxsi maraqları üçün davam etdirdiyi iddiası reallığa uyğun deyil:

"Çünki prezident kimi Vladimir Zelenskinin əsas məqsədi Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini qorumaqdır. Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi ilə Ukraynanın müstəqilliyi təhlükə ilə üz-üzə qalıb. Həmçinin məlum məsələdir ki, münaqişələr daim liderlər üçün risk deməkdir. Davam edən müharibə şəraiti Zelenskinin siyasi gələcəyi üçün həm böyük risk, həm də çətinliklər yaradır. Müharibə ölkə daxilində iqtisadi və sosial problemləri kəskinləşdirir, xalq arasında narazılığı artırır və liderlər üçün məsuliyyət yükünü artırır. Bu nöqteyi-nəzərdən riski gözə alaraq Zelenskinin münaqişəni şəxsi məqsədlər üçün uzatmaq fikri məntiqlə uyğun gəlmir".

Kamran Məmmədli: İddia daha çox Rusiyayönümlü və Kremlin adından səsləndirilmiş sözlərə oxşayır

Ukraynanın Qərbdən əlçatmaz sayılacaq istəklərinə toxunan politoloq hesab edir ki, bu istəklər yalnız ölkənin təhlükəsizliyini və müstəqilliyini qorumaq üçün tələb olunan yardımlardır. Bu yardımlar ölkənin müdafiəsinə və xalqın rifahına yönəldilən istəklərdir.

"Ölkə iqtisadiyyatın zəifləməsi, milyonlarla insanın qaçqın düşməsi və ölkənin infrastrukturunun dağıdılması fonunda Zelenskinin şəxsi maraq güdməsi iddiası mövcud vəziyyətə heç uyğun deyil və daha çox Rusiyayönümlü və Kremlin adından səsləndirilmiş sözlərə oxşayır. Hər hansı bir lider üçün ölkəsinin bu durumda olması və müharibənin dəvamiyyəti siyasi sabitlik üçün ciddi təhdiddir", - deyə Kamran Məmmədli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Yanvar 2025