İnsult keçirən Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Bakıvaxtı.az News24.az-a istinadən xəbər verir ki, bu haqda Xalq artistinin qızı Aytən Həsənova məlumat verib. "Reanimasiyadadır. Kəskin insult keçirib, özünü idarə edə bilmir, dili tutulub, tanıma qabiliyyəti itib, məni belə tanımır." deyə o, bildirib.