Fransada istintaq hakimləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə Ərəb Respublikasında mülki obyektlərin bombalanmasında iştirak etdiyi iddiası ilə həbs olunmasına növbəti order verib.
Bkıvaxtı.az xəbər verir ki, bu order 59 yaşlı fransız əsilli suriyalı Salah Əbu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib. Məlumata görə, o, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub. Prokurorluq yeni order tələbini Əsədin artıq məhkəmə proseslərindən dövlət toxunulmazlığına malik olmaması ilə əsaslandırıb.
Bu, artıq Suriyanın keçmiş lideri üçün ikinci həbs orderidir. Əvvəlki order Əsədə qarşı Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı ittihamlarla əlaqədar verilmişdi.