• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Trampın proseslərə “dağıdaram, vuraram, öldürərəm, məhv edərəm” baxışı

SİYASƏT

21 Yanvar 2025 | 16:24

Trampın proseslərə “dağıdaram, vuraram, öldürərəm, məhv edərəm” baxışı

Xəbər verdiyimiz kimi, Donald Tramp yanvarın 20-də ABŞ-nin 47-ci prezidenti kimi and içib.

Trampın verdiyi bəyanatlar hər kəsdə maraq oyandırıb. Tramp Ukraynadakı münaqişəyə son qoymağa və üçüncü dünya müharibəsinin qarşısını almağa söz verib.

Həmçinin o vəd edib ki, qeyri-qanuni immiqrasiyanı birdəfəlik dayandıracaq, hər kəsi çox sevindirəcək prezident fərmanları veriləcək, orduya ABŞ-ni müdafiə etmək üçün “Dəmir Qübbə” raketdən müdafiə sistemi yaratmaq tapşırılacaq və s.

Bunlar onun vədlərinin bir qismidir.

Bunun Trampın ikinci prezidentlik dönəmi olduğunu nəzərə alsaq, birinci dönəmdə etdikləri ilə indiki vədləri arasında hansı fərqliliklər və ya oxşarlıqlar var?

Əziz Əlibəyli, beynəlxalq məsələlər üzrə ekspert

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Trampın prezidentliyinin birinci dönəmi Respublikaçıların hakimiyyətini əbədi möhkəmləndirmək üçün ilkin təməllərin atılma dönəmi idi. Dediyinə görə, o zaman Rusiyayla, Çinlə hesablaşma deyil, əməkdaşlıq dönəminə bənzəyirdi.

Ə.Əlibəylinin sözlərinə görə, indi isə hərbi baxımdan ciddi qarşıdurmalar, kontrantasiyalar daha çox hərbi ritorikanın gücləndirilməsi ilə müşayiət olunacaq:

“Yəni bu, “dağıdaram, vuraram, öldürərəm, məhv edərəm” baxışıdır. Amma onu söz olaraq icra etdirəcək. Heç vaxt tətbiq etməyəcək”.

Ekspert həmçinin nəzərə çatdırıb ki, Tramp, Amerikanın güclənməsi və iqtisadi baxımdan ən güclü olması xəttini götürür:

“Bundan başqa, o, əvvəlki illərdən fərqli olaraq miqrantlarla bağlı inanılmaz dərəcədə aqressiv siyasi proses idarə edəcək. Gedişat isə göstərir ki, bu aqressiya milyonlarla insanı əhatə edir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Yanvar 2025