• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan atıcıları Almaniyadakı yarışda mübarizə aparacaqlar

İDMAN

21 Yanvar 2025 | 18:34 | Müəllif: Subhan Mahmudov

Azərbaycan atıcıları Almaniyadakı yarışda mübarizə aparacaqlar

Azərbaycan atıcıları Almaniyanın Münhen şəhərində təşkil olunan ənənəvi “2025 H&N Kuboku”nda iştirak edəcəklər.

Bakıvaxtı.az Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaqlar.

İdmançılar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu gün start götürən turnir yanvarın 26-na qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026