• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Salah Premyer Liqada yeni rekorda imza atıb

İDMAN

20 Fevral 2025 | 10:02

Salah Premyer Liqada yeni rekorda imza atıb

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Bakıvaxtı.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna "Aston Villa"ya qarşı keçirdikləri XIX turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah "Liverpul"un sabiq oyunçusu Luis Suaresin (14 qol) 2013/2014 mövsümünə təsadüf edən uğurunu geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 29 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026