• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq

SİYASƏT

21 Yanvar 2025 | 16:53

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq

Bələdiyyə seçkilərində 16 min 96 nəfər namizəd mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 nəfər seçici var.

MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-dadır. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzv seçiləcək.


SON XƏBƏRLƏR

21 Yanvar 2025