• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq

SİYASƏT

21 Yanvar 2025 | 16:49

Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq

Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O, seçki məntəqələrinin qızdırılması və işıqlandırılmasının zəruri məsələlərdən biri olduğunu vurğulayıb:

"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, o komissiyanın üzvləri cəzalandırılacaq".


SON XƏBƏRLƏR

21 Yanvar 2025