• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Barselona"dan Reşfordla danışıqlarda növbəti addım

İDMAN

22 Yanvar 2025 | 00:40 | Müəllif: Subhan Mahmudov

"Barselona"dan Reşfordla danışıqlarda növbəti addım

"Barselona"nın idman direktoru Deku "Mançester Yunayed"in futbolçusu Markus Reşfordun təmsilçiləri ilə görüşəcəklər. 

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Görüş bu gün Lisabonda keçəcək. Kataloniya klubu ingiltərəli hücumçunu transfer etməkdə israrlıdır. Lakin bunun gerçəkləşməsi komandanı tərk edəcək oyunçulardan və maliyyə feyr-pley qaydalarından asılı olacaq. 

Hazırda "Barselona"nın iki futbolçusu - Erik Qarsiya və Ansu Fati klubu tərk etməyə yaxındırlar. 

Qeyd olunur ki, Dortmund "Borussiya"sı da həmçinin Markus Reşfordu hədəfləyib. Futblçunun "Mançester Yunayted"də qalma ehtimalının olduğu da bildirilir. 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026