Ağ ayaqqabılar estetik görünüşləri ilə diqqət çəksə də, digər ayaqqabılara nisbətən daha tez çirklənir. Qısa müddətdə bozarmağa başlayan ağ ayaqqabılarınızı yenidən əvvəlki parlaqlığına qaytarmaq üçün bu üsulları tətbiq edə bilərsiniz.
Bakıvaxtı.az xəbər verir ki, bəyaz ayaqqabıların təmizliyini qorumaq çətin olsa da, bu metodlarla onları yenidən ilk günkü kimi parlaq edə bilərsiniz:
1. Diş məcunu ilə təmizlik:
Diş məcunu yalnız dişlərinizi deyil, ayaqqabılarınızı da ağarda bilər. Bunun üçün az miqdarda diş məcununu bir qədər su ilə qarışdırın. Köhnə bir fırça ilə qarışımı ayaqqabınıza tətbiq edin və 10 dəqiqə gözləyin. Daha sonra nəm bir parça ilə silərək nəticəni görə bilərsiniz.
2. Karbonat və sirkə qarışımı:
Karbonatın ağardıcı təsiri və sirkənin təmizləyici gücü birləşərək çətin ləkələri belə çıxara bilir. Bunun üçün ayaqqabılarınızı tülbəndə yerləşdirib, 1 yemək qaşığı karbonat əlavə edin. Tülbəndin ağzını bağlayıb çamaşır maşınına qoyun. Yuyucu gözüne ağ sirkə əlavə edib qısa proqramda yuyun. Nəticə sizi təəccübləndirəcək!
3. Limon və duz qarışımı:
Limonun asidik təsiri və duzun aşındırıcı xüsusiyyəti ilə ayaqqabılarınız yenidən təmiz görünəcək. Bir qabda 1 limonun suyunu və 2 yemək qaşığı duzu qarışdırın. Hazırlanan məhlulu ayaqqabılarınızı təmizləmək üçün istifadə edin və fərqi hiss edin.
Bu sadə və təbii üsullarla ağ ayaqqabılarınızı uzun müddət təmiz və parlaq saxlaya bilərsiniz!
Nuriyyə Musayeva