• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb

İQTİSADİYYAT

21 Yanvar 2025 | 22:46 | Müəllif: Subhan Mahmudov

Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eşli Conson ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşıb.

Görüşdə energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının önəmi qeyd olunub, şirkətlə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasında səfərdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026