Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət danışıqları aparmağa və bu prosesdə öz maraqlarını müdafiə etməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" hesabında paylaşım edib.
Bildirib ki, Aİ və ABŞ arasındakı dövriyyə qlobal ticarətin 30 faizini təşkil edir.
"Hər iki tərəf üçün çox şey risk altındadır. Prioritetimiz tez hərəkətə keçmək, ümumi maraqları müzakirə etmək və danışıqlara hazır olmaq olacaq. Biz praqmatik olacağıq, lakin həmişə öz prinsip və dəyərlərimizi müdafiə edəcəyik. Bu, Avropa yoludur", - Avropa Komissiyasının sədri əlavə edib.