• Bakı 29° C

    2.27 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Ronaldinyo yenidən yaşıl meydanlarda: bu klubla razılaşdı

İDMAN

20 Iyun 2026 | 12:12

Ronaldinyo yenidən yaşıl meydanlarda: bu klubla razılaşdı

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.

Bakıvaxtı.az Lent.az-a istinadla bildirir ki, hazırda 46 yaşı olan futbolçu İtaliyanın "Ravenna" klubu ilə müqavilə imzalayıb. O, İtaliya futbolunun gücünə görə üçüncü divizionu olan Seriya C-də çıxış edəcək.

Ronaldinyonun rəsmi təqdimat mərasimi iyunun 23-də ABŞ-ın Mayami şəhərində keçiriləcək. Bundan sonra o, yeni komandasının təlim-məşq toplanışına qoşulacaq.

"Yeni forma, amma əvvəlki təbəssüm. Yenidən topa toxunmağı və karyeramın yeni səhifəsini yazmağı səbirsizliklə gözləyirəm. Futbol mənə həmişə xoşbəxtlik bəxş edib və bu ruhu "Ravenna"ya da gətirmək istəyirəm", – deyə futbolçu bildirib.

Ronaldinyo 2015-ci ildə peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun son klubu Braziliyanın "Fluminense" komandası olub.

Karyerası ərzində o, PSJ, "Barselona" və "Milan"ın formasını geyinib. "Barselona"nın heyətində UEFA Çempionlar Liqasının qalibi olub, 2005-ci ildə isə "Qızıl top" mükafatına layiq görülüb.

Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci il dünya çempionu olmaqla yanaşı, Amerika Kuboku və Konfederasiyalar Kubokunun da qalibi olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026