• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gecənin tək ulduzu Lamin Yamal deyildi 

İDMAN

20 Iyul 2026 | 10:33 | Müəllif: Əli Hüseynov

Gecənin tək ulduzu Lamin Yamal deyildi

Xəbər verdiyimiz kimi, ABŞ-nin Nyu-York şəhəri yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən DÇ-2026-nın finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində növbəti dünya çempionluğunu əldə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, final gecəsinin ən çox danışılan məqamlarından biri isə İspaniya millisinin ulduzu Lamin Yamalın kiçik qardaşı Keynen olub.

Oyunu tribunadan izləyən balaca Keyne İspaniyanın vurduğu qoldan sonra sevincini gizlədə bilməyib. Onun emosional reaksiyası kameraların diqqətindən yayınmayıb və qısa zamanda sosial şəbəkələrdə, eləcə də dünya mediasında geniş yayılıb.

Final fitindən sonra Keyne meydana enərək qardaşı Lamin Yamalın yanına gəlib. Balaca qardaş kubok sevincini futbolçu ilə birlikdə yaşayaraq gecənin ən yaddaqalan görüntülərindən birinə çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026