• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Messi: "İspanlar bizdən daha üstün oynadılar"

İDMAN

20 Iyul 2026 | 10:00

Messi: İspanlar bizdən daha üstün oynadılar

"Argentina millisi İspaniyadan daha zəif təsir bağışladı".

Bakıvaxtı.az ESPN telekanalına istinadən xəbər verir ki, bunu Argentina yığmasının kapitanı Lionel Messi deyib.

Əfsanəvi futbolçunun sözlərinə görə, məğlubiyyət onu kədərləndirsə də, ispanların daha üstün oynadığını qəbul edir.

Kapitan qeyd edib ki, Argentina millisi bütün gücü ilə mübarizə aparıb, lakin uduzub və bu nəticə ilə barışır. O, yığmanın indiyə qədər əldə etdiyi nailiyyətləri unutmayacağını vurğulayaraq, bütün heyətə, oyunçulara və ölkəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının (DÇ-2026) finalında Argentina İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Messi mundialın gümüş medalını alarkən göz yaşlarına hakim ola bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026