• Bakı 25° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Çimərlik futbolu: Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu - FOTOLAR

İDMAN

20 Iyul 2026 | 01:37

Çimərlik futbolu: Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu - FOTOLAR

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

AFFA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR