• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Konqoda Eboladan 930 nəfər ölüb

DÜNYA

20 Iyul 2026 | 11:31

Konqoda Eboladan 930 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 930-a çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Konqonun Kommunikasiyalar və Media Nazirliyinin məlumatında bildirilib.

"Yuxarı Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopoda tədbirlərin gücləndirilməsi ilə Ebolaya qarşı mübarizə davam edir. 2 344 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 724 xəstə təcriddədir və ya xəstəxanaya yerləşdirilib, 466 nəfər sağalıb, 930 nəfər isə ölüb", - məlumatda qeyd edilib.

Tibbi briqadalar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə epidemioloji nəzarət, tibbi yardımın göstərilməsi üzrə tədbirləri davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026