• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ceki Çan Azərbaycana gəlir?

ŞOU

20 Iyul 2026 | 11:36 | Müəllif: Əli Hüseynov

Ceki Çan Azərbaycana gəlir?

Dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanın avqustun əvvəlində Azərbaycana gələcəyi iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, aktyor yeni çəkilən "Armour of God 4: The Ultimatum" filminin bəzi səhnələrinin lentə alınması üçün təxminən 10 gün Bakıda qalacaq.

Filmin çəkilişlərinin paytaxtın bir sıra məşhur məkanlarında aparılması planlaşdırılır. Bunlar arasında İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və şəhərin mərkəzi küçələri yer alır.

"Armour of God" filmlər silsiləsinin növbəti hissəsi olan ekran işi Çin və Qazaxıstanın birgə layihəsidir. Filmdə baş rolu Ceki Çan canlandırır. Hazırda çəkilişlər Qazaxıstanda davam edir və komanda daha sonra işini Azərbaycanda davam etdirəcək.

Filmin 2027-ci ilin ikinci rübündə nümayişə çıxması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026