• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Rubio və Fidan Cənubi Qafqazı müzakirə edib

DÜNYA

15 Fevral 2025 | 09:16

Rubio və Fidan Cənubi Qafqazı müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə amerikalı diplomat “X” səhifəsində yazıb

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, - deyə o vurğulayıb.

Görüş zamanı tərəflər Suriyadakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl Anadolu agentliyi Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin görüşü barədə məlumat vermişdi.


SON XƏBƏRLƏR

11 Mart 2025