“Rusiya sülhməramlılarının nəzarətində olan ərazidən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrin atəşə tutulması nəticəsində bir həbçimizin yaralanması Azərbaycan tərəfindən qəbul ediləcək adi hadisə deyil”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Ekspert qeyd edib ki, bu hadisədə Rusiya sülhməramlıların da günahı böyükdür: “Ruslar zamanında 10 noyabr bəyantının 4-cü bəndini həyata keçirsəydilər, həmin atəşi Azərbaycan həbçisinə açacaq erməni silahlısı tapılmazdı. Biz görürük ki ruslar öz funksiyalarını yerinə yetirməkdə boşluqlara yol verirlər. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən erməni silahlısı Azərbaycan əsgərinə atəş açırsa, bu zaman günahkarı tapmaq üçün çox zaman ayırmaq lazım deyil.
7 aydır Ermənistandan ala bilmədiyimiz minalanmış ərazilərin xəritəsini Gürcüstan bizə alıb verir. Az qala hər rus əsgərinə bir kazarma tikən Rusiyanın sülhməramlılarının gözü qarşısında erməni silahlıları Qarabağa daxil olur. Rusiya bu dəfə erməni vəhşiliyinə, vandallığına şərik olmamalıdır, əmri verən və atəş açan şəxsləri tapıb Azərbaycan tərəfinə təslim etməlidir.
Bu prosesdə Rusiya tərəfi hansısa ləngimələrə yol verərsə, Azərbaycan həmin ərazilərdə antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Çəkilsinlər kənara, bir həftə ərzində Azərbaycan əsgəri rusların nəzarətində olan ərazilərdəki erməni silahlılarını orda təmizləsin. Bu təmizləmə baş verməyəcəyi təqdirdə Azərbaycan tərəfi mütləq cavab atəşi açmaq məcburiyyətindədir. Bu atəşə Rusiya sülhməramlılarının tuş gəlməsi ermənilərə xidmət edir. Ermənistan müharibə zamanı və post müharibə dövründə Rusiya və ya KTNT ilə Azərbaycanı üz-üzə gətirmək üçün istinələn fəaliyyətləri həyata keçirir və bu fəaliyyətini gələcəkdə dayandıracağı da gözlənilmir.
Rusiya sülhməramlıları bu ərazilərdə boynuna düşən vəzifələri ya tam şəkildə icra etməlidirlər, ya da kənara çəkilib Azərbaycan hərbçilərinin haqqın-hüququn aliliyinin təmin etmək üçün şəraiti yaratmalıdırlar. Artıq vəziyyət kifayət qədər gərgin və kritikdir”.
Ramid İbrahimov


_village%2C_Kəlbəcər_(Kelbadzhar)_district%2C_Karabakh%2C_Azerbaijanjpg-1625642243.jpg)













