2025-ci ilin may ayında Cənubi Koreyadan Rusiyaya smartfon tədarükünün həcmi son altı ayda ən yüksək səviyyəyə çatıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Koreya Respublikasının Statistika Xidmətinin hesabatında yer alıb.
Hesabata görə, yazın son ayında Rusiya 68 min dollar dəyərində smartfon idxal edib ki, bu da aprel göstəricisindən 15,3%, 2024-cü ilin may ayı ilə müqayisədə isə 8% çoxdur. Yanvardan may ayına qədər tədarüklərin ümumi həcmi 200 min dollar təşkil edib.
Müsbət dinamikaya baxmayaraq, Rusiya Cənubi Koreya smartfonlarının ən böyük idxalçıları arasında 33-cü yerdədir. Aparıcı mövqeləri ABŞ (230,4 milyon dollar), Kanada (46,4 milyon dollar) və Böyük Britaniya (31,9 milyon dollar) tutur. Yüksək göstəricilər Avstriya (28,9 milyon dollar) və Almaniyada (24,9 milyon dollar) da qeydə alınıb.
Cənubi Koreyanın ən böyük smartfon istehsalçısı "Samsung" olaraq qalır.
Gülşən Şərif