• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

SİYASƏT

23 Mart 2021 | 17:59

Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, Rusiya səfiri Suriyadakı vəziyyətlə əlaqədar olaraq Türkiyə XİN-ə dəvət olunub.

Səfirə Türkiyə tərəfinin Suriyada baş verən son hadisələrlə əlaqədar narahatlığı çatdırılıb.

Qeyd edək ki, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayır. 

Belə ki, martın 21-də İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən üç km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri və TIR parkı, Türkiyə sərhədindən iki km aralıdakı qazdoldurma məntəqəsi Rusiya aviasiyası tərəfindən vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR