• Bakı C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Rusiya Türkiyəyə görə “Siemens”i məhkəməyə verir

DÜNYA

05 Yanvar 2025 | 23:38

Rusiya Türkiyəyə görə “Siemens”i məhkəməyə verir

“Rosatom” “Siemens”i öhdəliyinə əməl etmədiyinə görə məhkəməyə verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Aleksey Lixaçev Rusiya mediasına müsahibəsində deyib.

O bildirib ki, söhbət Akkuyu AES-in tikintisi üçün avansı ödənilən bəzi avadanlıqların “Siemens” tərəfindən tədarük edilməməsindən və buna görə vaxt itkisi və əlavə xərclərin yaranmasından gedir.

“Avans ödənilsə də, avadanlıqlar göndərilməyib. Bu, həm avadanlığın alınması, həm də onun quraşdırılması vaxtının tənzimlənməsi üçün əlavə xərclərə səbəb oldu. Biz bu məsələ ilə bağlı iddia qaldırmaq niyyətindəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Siemens” Türkiyənin Akkuyu AES-ə avadanlıq tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozub, onunla aparılan danışıqlar nəticə verməyib. Daha sonra bütün lazımi komponentlər Rusiyaya dost olan ölkələrdən alınıb.

“Siemens” Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra - 2022-ci ilin martından Rusiyadakı fəaliyyətini dayandırıb./axar.az


SON XƏBƏRLƏR