Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əş-Şara Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.
"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk", - deyə o bildirib.