• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Kavelaşvili: "Gürcüstan ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir"

DÜNYA

04 Fevral 2025 | 15:05

Kavelaşvili: Gürcüstan ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

"ABŞ-nin yeni administrasiyası ilə münasibətlərin normallaşacağına ümid var".

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili deyib.

O, parlament sarayında etdiyi çıxışı zamanı ABŞ-nin yeni administrasiyası ilə münasibətlərin normallaşması və yenidən qurulması mövzusuna toxunub.

"Ölkənin daxili siyasəti əsasən sülhə yönəlmiş, milli maraqlara üstünlük verən, konservativ və ənənəvi dəyərlərin qorunmasını hədəfləyən bir kursa əsaslanır. Bu dəyərlər ölkənin son on ildəki inkişafının əsasını təşkil edib. Donald Tramp ABŞ-də seçkilərdə qələbə qazandıqdan sonra dünyada müsbət bir inkişafın olacağı gözlənilir. Mən bunu Trampın effekti adlandırardım", - deyə Gürcüstan prezidenti vurğulayıb.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

04 Fevral 2025