• Bakı 12° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Kreml: Makron Ukraynaya kontingent yerləşdirmək istəyir

DÜNYA

06 Mart 2025 | 14:25

Kreml: Makron Ukraynaya kontingent yerləşdirmək istəyir

Kreml Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı olub.

    “Makronun sözlərindən belə çıxır ki, o, atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istəyir. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmamaq da olar. Çünki cavab tamamilə aydındır”, Kremlin sözçüsü vurğulayıb.


    SON XƏBƏRLƏR

    13 Mart 2025