ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp İtaliyada qeyri-qanuni ovçuluq fəaliyyəti ilə ittiham edilir.
Bakıvaxtı.az ANSA-ya istinadla xəbər verir ki, o, İtaliyanın şimal-şərqindəki Veneto bölgəsində qeyri-qanuni ovçuluq təşkilatının üzvlüyündə və nadir ördək növünü vurulması ilə təqsirləndirilir.
Bu barədə açıqlama verən Yaşıl Avropa Partiyasının Veneto regional şurasının rəhbəri bildirib ki, Trampın oğlunun ov zamanı görüntüləri də mövcuddur:
"Donald Trampın həyata keçirdiyi akt birbaşa cinayətdir. O, İtaliyada yaşamadığı üçün burada ovçuluq fəaliyyəti ilə məşğul ola bilməz. Həmçinin, ovladığı quş növü Avropa İttifaqının Quş Direktivi və İtaliyanın Vəhşi Təbiəti Mühafizə Qanunvericiliyinə uyğun olaraq qorunan qırmızı ördək olub. Artıq bu görüntülər bütün cəmiyyətin diqqət mərkəzindədir",- deyə regional şura rəhbəri əlavə edib.
Əli Hüseynov