• Bakı 25° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Fransa həqiqətən də müharibənin davam etməsini istəyir - Peskov

DÜNYA

06 Mart 2025 | 16:12

Fransa həqiqətən də müharibənin davam etməsini istəyir - Peskov

Kreml Fransa Prezidenti Emmanuel Makronun dünənki xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir. Bu, Fransanın müharibənin davam etməsini istədiyi təəssüratını yaradır.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Makronun çıxışını oxusaq, elə təəssürat yaranır ki, Fransa həqiqətən də müharibənin davam etməsini istəyir", - o qeyd edib.

Onun sözlərinə görə, Makronun bəyanatlarında, o cümlədən Ukrayna nizamlanması planında qeyri-dəqiqliklər var: "Bundan əlavə, Fransa artıq öz nüvə silahlarını təhlükəsizlik məsələsində və s. istifadə etməyə hazırdır. Bu artıq nüvə ritorikasıdır, Avropada nüvə liderliyi iddiasıdır. Yəni bu çox qarşıdurmalıdır".


SON XƏBƏRLƏR