ABŞ geni dəyişdirilmiş donuzların böyrəklərinin insanlara köçürülməsi üçün sınaqları təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, The Washington Post məlumat yayıb.
Məlumata görə, Qida və Dərman İdarəsi iki şirkətə - United Therapeutics və eGenesis-ə klinik sınaqların aparılmasına icazə verib.
Tədqiqat ilk mərhələdə böyrək çatışmazlığı olan altı xəstəni əhatə edəcək.
Gələcəkdə iştirakçıların sayının 50-yə çatdırılması planlaşdırılır.
Mina Mikayılova