BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) ABŞ tərəfindən yardımın dayandırılması ilə əlaqədar əməkdaşların maaşlarının ödənilməsində çətinliklərlə üzləşir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın kommunikasiya şöbəsinin rəhbəri Juliet Toma Cenevrədə keçirilən brifinqdə bildirib.
"Biz yanvar ayında maaşları ödəyə bildik, lakin bununla bağlı vəziyyət getdikcə daha da çətinləşir. Maliyyə böhranı kəskindir, heç nəyi planlaşdıra bilmirik", - o qeyd edib.